Fərdi Məlumatların Qorunması Siyasəti

Fərdi məlumatların qorunması siyasətinə aşağıdakılar daxildir:

Fərdi Məlumatların Emalı və İşlənməsinin Məqsəd və Əsasları

İlk növbədə, AİR GROUP” MMC-nin “Air Miles” filialının loyallıq proqramı olan "AZALCLUB" Müştərilərinə keyfiyyətli xidmət göstərmək məqsədi ilə, müvafiq qanunverciliyə uyğun olaraq, fərdi məlumatlarınızı (ad; soyad; doğum tarixi; mobil telefon; e-poçt; cins; şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya pasport nömrəsi, ailə vəziyyəti; ÜZVün bütün alış-veriş məlumatları, əməliyyatın hansı PARTNYORlarda həyata keçməsi, alış nöqtəsi və vaxtı, ÜZVün ödəniş etdiyi miqdar, xüsusi təkliflərlərdən əldə olunan endirim, məhsul məlumatı; tətbiqdə sörf etmək və keçid etmək haqqında məlumat; ÜZV tətbiqdən istifadə etdikdə məkan məlumatı) Sizdən tələb edir.

Təqdim etdiyiniz fərdi məlumatlarınız Fərdi Məlumatların Qorunması Siyasətində nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilməməsi şərti ilə emal olunacaq və qorunacaqdır.

Fərdi Məlumatlarınıza Dair Hüquqlarınız

AZALCLUB tətbiqindəki profilinizə daxil olaraq “tənzimləmər” bölməsindən fərdi məlumatlarınıza dəyişikliklər və / və ya əlavələr edə bilərsiniz. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün hüquqlarınız qorunur.

Fərdi Məlumatların Saxlanma Müddəti

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda həmin məlumatlar şirkətimiz tərəfindən məhv edilir.

Fərdi Məlumatları Rəsmi Orqanlarla Bölüşmək

AZALCLUB sizin razılığınız olmaqdan fərdi məlumatlarınızı dövlət və ya yerli özünüidarə orqanlarına yalnız onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı və fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilməklə açıqlaya bilər.

Fərdi Məlumatların Qorunması

AZALCLUB fərdi məlumatların mühafizəsinin, o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasını təmin edir.

AZALCLUB, fərdi məlumatların mühafizəsində “Secure Socket Layer” (SSL) şifrələməsi kimi ümumi qəbul edilmiş təhlükəsizlik sistemləri texnologiya standartlarından istifadə edir. Bundan əlavə, fərdi məlumatlarınızı veb sayt / mobil tətbiqi vasitəsi ilə AZALCLUBa göndərərkən bu məlumatlar SSL vasitəsi ilə ötürülür.

AZALCLUB informasiya təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görməsinə baxmayaraq, veb sayta və sisteminə edilən kiber hücumlar nəticəsində, fərdi məlumatların zədələnməsi və ya üçüncü şəxslər tərəfindən əldə edilməsi zamanı, müvafiq dövlət qurumlarına məlumat verir.

Fərdi Məlumatların Qorunması Siyasətində Ediləcək Dəyişikliklər

AZALCLUB istənilən vaxt Fərdi Məlumatlar Müdafiə Siyasətində dəyişiklik edə bilər və edilmiş dəyişikliklər www.azalclub.az saytında dərc edildikdən qüvvəyə minir.

Tədbiq olunan qanunlar və səlahiyyətli məhkəmələr

Fərdi Məlumatların Qoruma Siyasəti ilə bağlı yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyə əsasən məhkəmə qaydasında həll edilir.