MƏXFİLİK SİYASƏTİ

Bu Məxfilik Siyasəti hər hansı bir şəxsin AZAL CLUB tətbiqindən istifadəyə qərar verməsi halında, şəxsi məlumatlarının toplanması, istifadəsi və açıqlanması ilə əlaqədar siyasətlərimiz haqqında ziyarətçiləri məlumatlandırmaq üçün istifadə olunur.

AZALCLUB tətbiqindən istifadə etməklə məxfilik siyasətinin şərtlərini qəbul edir və məlumatlarınızın toplanmasına və istifadəsinə razılıq verirsiniz. Topladığımız fərdi məlumatlar xidmətin təmin edilməsi və təkmilləşdirilməsi üçün istifadə olunur. Bu Məxfilik Siyasətində göstərilən hallar istisna olmaqla, məlumatlarınızı heç kimlə paylaşmayacaq və başqa məqsədlər üçün istifadə etməyəcəyik.

Daha yaxşı bir təcrübə üçün, xidmətimizdən istifadə edərkən, mobil telefon nömrəsi, ad, soyad, elektron poçt daxil olmaqla ancaq bunlarla məhdudlaşmayan bəzi şəxsi identifikasiya məlumatlarını təqdim etməyinizi tələb edilə bilər. Tələb etdiyimiz məlumat tərəfimizdən saxlanılır və bu Məxfilik siyasətində göstərildiyi şəkildə istifadə olunur.

Tətbiq sizi tanımaq üçün istifadə olunan məlumatları toplaya bilən üçüncü tərəf xidmətlərindən istifadə edir.

Tətbiq tərəfindən istifadə olunan üçüncü tərəf xidmət təminatçılarının Məxfilik siyasətinə keçid linki:

Google Play Services
Firebase Analytics
Facebook
Fabric
Crashlytics

Xidmətlərimizdən istifadə edərkən, Tətbiqdə bir xəta baş verərsə, telefonunuzda Log Data adı verilən məlumatları (üçüncü tərəf məhsulları vasitəsilə) topladığımızı bildirmək istəyirik. Bu günlük məlumatları, cihazınızın İnternet Protokolu (“IP”) ünvanı, cihaz adı, əməliyyat sistemi versiyası, xidmətlərimizdən faydalanarkən tətbiqin konfiqurasiyası, xidmətdən istifadənizin saatı, tarixi və digər statistikalar kimi məlumatları ehtiva edə bilər.

Kukilər (Cookies)

Kukilər adətən anonim unikal identifikatorlar kimi istifadə olunan az miqdarda məlumatları olan fayllardır. Bunlar ziyarət etdiyiniz veb saytlardan brauzerinizə göndərilir və cihazınızın daxili yaddaşında saxlanılır.

Mobil tətbiq bu “kukiləri” açıq şəkildə istifadə etmir. Lakin, tətbiq məlumat toplamaq və xidmətlərini yaxşılaşdırmaq üçün “kukiləri” istifadə edən üçüncü tərəf kodlarını və kitabxanalarını istifadə edə bilər. Bu kukiləri qəbul və ya rədd etmək və bir kukinin cihazınıza nə zaman göndəriləcəyini bilmək seçiminiz var. Kukilərimizdən imtina etmək qərarına gəlsəniz, bu xidmətin bəzi hissələrindən istifadə edə bilməyəcəksiniz.


Kuki (Cookie) İstifadəsi

"AZALCLUB", İstifadəçilərinə daha yaxşı xidmət edə bilmək, üzv olmağın üstünlüklərindən istifadə etdirmək məqsədilə və qanuni öhdəliyi çərçivəsində, hazırki Məxfilik/Fərdi Məlumatların Qorunması Siyasəti ilə göstərilən məqsədlər və əhatə xaricində istifadə olunmamaq məqsədi ilə ziyarət məlumatlarınızı toplayacaq, emal edəcək və təhlükəsiz olaraq saxlayacaqdır. Ziyarət məlumatlarınızı toplamaq məqsədi ilə istifadə etdiyimiz kukilər haqqında məlumat, AZAL CLUB tətbiqini telefonunuza və ya planşetinizə ilk dəfə yüklədiyiniz zaman açılacaq səhifədə yerləşdiriləcəkdir.

Kukilər, "AZAL CLUB" web saytını ziyarət etdiyinz zaman və ya mobil tətbiqi mobil telefonunuza və ya planşetinizə yüklədiyinizdə internet axtarış sisteminiz tərəfindən yüklənən və kompüteriniz, mobil telefonunuz və ya planşetinizdə saxlanılan kiçik məlumat hissəciklərini ehtiva edən mətn sənədləridir.

 "AZAL CLUB" kukiləri seçimləriniz haqqında xülasə yaratmaq məqsədi ilə cari sənədləri, boş gif sənədləri və / və ya üçüncü tərəf mənbələri vasitəsilə toplanmış məlumatları saxlayır. "AZAL CLUB" üzvlüyə xüsusi reklam vermək, sizə xüsusi təkliflər və marketinq təklifləri vermək, veb saytın və mobil tətbiqin məzmununu yaxşılaşdırmaq və / və ya seçimlərinizi müəyyən etmək üçün ziyarət məlumatlarınızı və / və ya üzvlüyünüzün istifadə tarixçəsini izləyir. "AZAL CLUB" müxtəlif üsullarla və ya fərqli vaxtlarda onlayn və ya offlayn olaraq yığılan məlumatları uyğunlaşdıra bilər və bu məlumatı digər mənbələrdən, məsələn üçüncü tərəflərdən əldə edilən digər məlumatlarla birlikdə istifadə edə bilər.


Kuki Növləri

"AZAL CLUB" öz veb saytında və mobil tətbiqində seans kukiləri və davamlı kukilərdən istifadə edir. Brauzerinizi bağladığınızda seans kukilərin identifikator müddəti başa çatır. Davamlı cookies faylları sabit diskinizdə uzun müddət saxlanılır. İnternet brauzerinizin "kömək" faylında göstərilən təlimatlara əməl etməklə və ya "www.allaboutcookies.org/" və ya "http://www.youronlinechoices.eu" saytlarına daxil olmaqla həm seans cookies, həm də davamlı kukiləri silə və ya qəbul etməyə bilərsiniz. Davamlı və ya seans kukilərini rədd etsəniz, veb və ya mobil tətbiqdən hələ də istifadə etməyə davam edə bilərsiniz, lakin veb saytın və mobil tətbiqinin bütün funksiyalarına daxil ola bilməyəcəksiniz və ya girişiniz məhdud ola bilər.

“AZAL CLUB” kukiləri necə istifadə edir?

“AZAL CLUB” kukiləri:
Etdiyiniz seçimləri xatırlamaq və veb saytı/ mobil tətbiq istifadənizi şəxsiləşdirmək üçün istifadə olunur. Bu istifadə:

“AZAL CLUB”a hardan qoşulduğunuz, veb sayt/mobil tətbiq üzərindən hansı məzmunu açdığınız və ziyarətinizin müddəti kimi veb sayıtını/mobil tətbiqi necə istifadə etdiyinizin izlənməsi daxil olmaqla; veb saytı/mobil tətbiqi necə istifadə etdiyinizi müəyyənləşdirmək üçün istifadə edir,
Maraq dairələrinizə və Sizə daha uyğun məzmun və reklamları təqdim etmək üçün, digər bir ifadə ilə hədəflənmiş reklam/tanıtım məqsədi ilə istifadə edir. Bu şəkildə, “AZAL CLUB” veb sayıtını və ya mobil tətbiqini istifadə etdiyinizdə sizə daha uyğun məzmunları və reklamları təqdim edər və daha əvvəldən istəmədiyinizi bildirdiyiniz məzmun və ya fürsətləri bir daha təqdim etməz. “AZAL CLUB”, kukilər yolu ilə əldə olunan məlumatları istifadəçilərimizdən topladığımız şəxsi məlumatlarla uyğunlaşdırır.


“AZAL CLUB” üçüncü tərəf kukilərini reklam və yenidən hədəfləmə üçün necə istifadə edir?

“AZAL CLUB” kukiləri bundan başqa: axtarış sistemlərini, “AZAL CLUB” veb saytını və/və ya “AZAL CLUB”’un reklam verdiyi veb saytlarını ziyarət etdiyinizdə diqqətinizi çəkə biləcəyini düşündüyü reklamları sizə təqdim edə bilmək üçün “reklam texnologiyasını” dövriyəyə buraxmaq məqsədi ilə istifadə edə bilər. Reklam texnologiyası, sizə özəl reklamlar təqdim edə bilmək üçün veb sayta/ mobil tətbiqə və “AZAL CLUB”un reklam verdiyi veb saytlarına/mobil tətbiqlərinə etdiyiniz əvvəlki ziyarətlərlə əlaqəli məlumatları istifadə edir. Bu reklamları təqdim edərkən, “AZAL CLUB”un sizi tanıya bilməsi məqsədilə axtarış sisteminizə bənzərsiz bir üçüncü tərəf kukisi yerləşdirə bilər. “AZAL CLUB” veb saytı/mobil tətbiqi bundan başqa Google, Inc. (“Google”) tərəfindən təmin olunan bir veb analizi xidməti olan Google Analytics istifadə etməkdədir. Google Analytics, kukiləri ziyarətçilərin veb saytı/mobil tətbiqi necə istifadə etdiklərini analiz etmək məqsədi ilə istifadə edir. Bu veb saytı/mobil tətbiqi istifadə etməyinizlə əlaqədar məlumatlar (IP ünvanınız daxil olmaqla) Google-a göndərilərək Google tətəfindən ABŞ-dakı serverlərdə saxlanılmaqdadır. Google bu məlumatları veb saytı/mobil tətbiqi istifadənizi dəyərləndirmək, “AZAL CLUB” veb sayt/mobil tətbiq fəaliyyətini ələmək və veb sayıtı/mobil tətbiq fəaliyyəti və internet istifadəsi ilə əlaqədar başqa xidmətlər təmin etmək məqsədi ilə istifadə edəcəkdir, lakin IP ünvanınızı Google tərəfindən saxlanan digər məlumatlarla uyğunlaşdırmayacaqdır. Google Analytics istifadəsi haqqında daha ətraflı məlumat üçün (rədd etmək seçimi daxil olmaqla), aşağıdakı linkə keçid edə bilərsiniz: http://www.google.com/intl/tr/policies/privacy/#infocollect.

Bununla yanaşı diqqətinizi çəkə biləcək reklamları sizə təqdim edə bilmək məqsədi ilə, Facebook ilə də xüsusi hədəf kütləsi yaratmaq məqsədilə, hazırki Məxfilik/Şəxsi Məlumatların Qorunması Siyasəti və Əlaqə İcazəsini qəbul etməklə, “AZAL CLUB” ilə paylaşmış olduğunuz şəxsi məlumatlarınızdan elektron poçt ünvanınız Facebook ilə paylaşılmaqdadır. Elektron poçt ünvanınızı Facebook-a yükləmədən və göndərməzdən əvvəl, hash üsulu ilə Facebook tərəfindən yerli sistemimizdə şifrələnir. Facebook ilə paylaşılan Hash Üsulu ilə Şifrələnən elektron poçt ünvanınız, yalnızca uyğunlaşdırma funksiyası üçün istifadə olunacaqdır. Üçüncü tərəflərlə və ya digər reklam verənlərlə paylaşılmaz və uyğunlaşdırma əməliyyatı tamamlandıqdan sonra mümkün olan ən qısa müddətdə Facebook sistemlərindən silinirlər. Facebook, (a) şəxsi məlumatlarınız Facebook sistemlərində olduğu müddətcə məlumatların təhlükəsizliyini və bütünlüyünü qorumaq və (b) Facebook sistemlərində olan şəxsi məlumatlarınıza yalnışlıqla və ya icazəsiz olaraq girişinə və məlumatınızın yalnışlıqla və ya icazəsiz olaraq istifadəsinə, dəyişdirilməsinə və ya ifşa edilməsinə qarşı qorumaq üçün təkmilləşdirilən texniki və fiziki təhlükəsizlik tədbirlərini də ehtiva edəcək şəkildə, xüsusi hədəf kütlənizi (“xüsusi hədəf kütləniz”) yaradan Hash Üsulu ilə Şifrələnən Məlumatların və Facebook İstifadəçi Kimliyi kolleksiyası gizliliğini və güvənliyini təmin edəcəkdir. Bundan başqa, icazəniz olmadan və ya qanunlar ehtiyac olmadığı müddətdə, Facebook üçüncü tərəflərlə və ya digər reklam verənlərə xüsusi hədəf kütləniz üçün giriş və ya məlumat verməz, xüsusi hədəf kütləsi məlumatlarınızı istifadəçilərimiz haqqındakı məlumatlara əlavə etməz və ya diqqət sahəsinə əsaslı profillər yaratmaz ya da xüsusi hədəf kütlənizi sizə xidmət təqdim etmənin xaricində istifadə etməz. Facebook xüsusi hədəf kütlələr şərtləri üçün https://www.facebook.com/ads/manage/customaudiences/tos.php?_=_ linkinə, Facebook Məxfilik Ölkələri üçün https://www.facebook.com/privacy/explanation linkinə keçid edə bilərsiniz.

Xidmət təchizatçıları

Aşağıdakı səbəblərə görə üçüncü tərəf şirkətlərlə və şəxslərlə əməkdaşlıq edə bilərik:

Xidmətlərimizi asanlaşdırmaq üçün;
Xidməti öz adımıza təmin etmək üçün;
Xidmətlə əlaqəli xidmətləri etmək üçün; və ya
Xidmətimizin necə istifadə edildiyini analiz etməyimizə kömək olmaq üçün.

Üçüncü tərəflərin Şəxsi Məlumatlarınıza giriş imkanı olduğunu bildirmək istəyirik. Bunun səbəbi, özlərinə verilen vəzifələri bizim adımıza yerine yetirməkdir. Ancaq, məlumatları başqa bir məqsədlə ifşa etməmək və ya istifadə etməmək məcburiyyətindədirlər.

Təhlükəsizlik

Şəxsi məlumatlarınızı bizə etibar etməyinizi yüksək qiymətləndiririk və beləliklə, onları qorumaq üçün kommersiya baxımından məqbul vasitələrdən istifadə etməyə çalışırıq. Ancaq unutmayın ki, internet üzərindən heç bir ötürmə üsulu və ya elektron saxlama üsulu 100% təhlükəsiz və etibarlı deyil və biz onun təhlükəsizliyinə zəmanət verə bilmərik.

Digər Saytlara Keçidlər

Bu xidmət digər saytlara linklər ehtiva edə bilər. Üçüncü tərəf linkinə keçid etsəniz, həmin sayta yönləndiriləcəksiniz. Qeyd edək ki, bu xarici saytlar bizim tərəfimizdən idarə olunmur. Buna görə bu veb saytların Məxfilik Siyasətini nəzərdən keçirməyinizi məsləhət görürük. Üçüncü tərəf saytları və ya xidmətlərinin məzmunu, məxfilik siyasəti və ya tətbiqləri üçün heç bir nəzarət və məsuliyyət daşımırıq.

Uşaqların Gizliliyi

Bu xidmətlər 14 yaşına çatmamış heç kimə ünvanlanmır. 14 yaşdan kiçik uşaqlardan məlumatları qəsdən toplamırıq. 14 yaşından kiçik bir uşağın bizə şəxsi məlumat verdiyini aşkarladığımız təqdirdə, dərhal serverlərimizdən silirik. Bir valideyn və ya qəyyumunuzsa və uşağınızın bizə şəxsi məlumat verdiyini bildiyiniz təqdirdə lazimi əməliyyatları etməyimiz üçün xahiş edirik bizimlə əlaqə saxlayın.

Bu Məxfilik Siyasətindəki Dəyişikliklər

Məxfilik Siyasətimizi mütəmadi yeniləyə bilərik. Beləliklə, hər hansı bir dəyişiklik üçün bu səhifəni mütəmadi olaraq nəzərdən keçirməyinizi məsləhət görülür. Yeni Məxfilik siyasətini bu səhifəyə əlavə edərək dəyişiklikləri sizə bildirəcəyik. Dəyişikliklər bu səhifədə yerləşdirildikdən dərhal sonra qüvvəyə minirlər.

Bizimlə əlaqə saxlayın

Məxfilik Siyasətimiz haqqında hər hansı bir sualınız və ya təklifiniz varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.