PROQRAM QAYDALARI VƏ ŞƏRTLƏRİ


1.    ANLAYIŞLAR:
1.1.    “AZALCLUB” proqramı/PROQRAM – PARTNYORlardan malların/xidmətlərin alınması zamanı ÜZVlərə imkanlar təqdim edən, həmçinin PROQRAMın aksiyaları çərçivəsində müəyyən hərəkətlərin həyata keçirilməsinə görə PARTNYORLARın xüsusi xidmət şərtlərinə əsasən ÜZVlərin hüquqlarının həcmini müəyyən edən qarşılıqlı hərəkət və tədbirlərin kompleksidir; 
1.2.    AZALCLUB TƏTBİQİ/VEB SERVİSİ - Android və iOS əməliyyat sisteminə sahib cihazlara (mobil telefon, tablet və s.) yüklənərək ÜZVün məlumatlarının daxil edilməsi ilə PARTNYORların ticarət nöqtələrində www.azalclub.az veb saytında və ya mobil tətbiqdə müəyyən edilən nisbətlərdə mil qazanıb, mildən istifadə edərək uçuş bileti, xidmət və ya məhsul alınmasını təmin edən, AZALCLUB tərəfindən təqdim edilən və idarə edilən bir mobil tətbiq xidmətidir;
1.3.    ÜZV(lər) - PROQRAM QAYDALARInı qəbul etməklə PROQRAMA üzv olan 14 yaşına çatmış fiziki şəxslər;
1.4.    QR/Barkod - Alış-veriş zamanı ÜZVün mil qazanması üçün AZALCLUB tətbiqi tərəfindən yaradılan kod.
1.5.    OPERATOR - Müqavilə şərtləri və müddətinə dair AZALCLUBun marka və proqram hüquqlarını tənzimləyən “Air Group” MMC-nin “Air Miles” filialı. 
1.6.    PARTNYORLAR - “AZALCLUB” proqramında iştirak etmək üçün AZALCLUB ilə müqavilə bağlayan, ÜZVlərə malların/xidmətlərin alınması nəticəsində millər təqdim edən və/və ya qazanılmış millərin qarşılığında ÜZVlərə mallar/xidmətlər təqdim edən fərdi sahibkar və ya hüquqi şəxslər;
1.7.    AVİASİYA ŞİRKƏTİ - ÜZVlərin millər ilə bilet aldıqları aviasiya şirkəti;
1.8.    AZAL MILES KARTI – “Azərbaycan Hava Yolları” QSC tərəfindən bu şirkət vasitəsilə tez-tez uçan sərnişinlərə mil qazandıran loyallıq proqramının kartı
1.9.    ALIŞ-VERİŞ  - ÜZVlərin PARTNYORlarda etdikləri bütün əməliyyatlar;
1.10.    UÇUŞ MƏLUMATLARI - ÜZVün AZALCLUB vasitəsilə mükafat bileti qazanaraq aviaşirkətdən əldə etdiyi uçuş haqqında ətraflı məlumatları;
1.11.    UÇUŞ - Müqavilə ilə müəyyənləşdirilən aviaşirkət vasitəsilə ÜZVün istənilən və ya bütün uçuş əməliyyatları (qrafik əsasında);
1.12.    PROQRAM QAYDALARI - PROQRAM çərçivəsində əməliyyatların yerinə yetirilməsini tənzimləyən və aktual (qüvvədə olan) redaksiyası PROQRAMın rəsmi veb-saytında və ya mobil tətbiqdə yerləşdirilən qaydalar. 
1.13.    MİL - PROQRAM çərçivəsində PARTNYORlar və ya AZALCLUB tərəfindən müəyyənləşdirilən şərtlərə əsasən ÜZVlərin alış-verişləri qarşılığında qazandığı və xərclədiyi xal vahidi. Millər qiymətli kağız hesab edilmir və hesab edilə bilməz, eləcə də, vərəsəlik qaydasında ötürülə bilməz və onların pul ekvivalentində alınmasına hüquq verilmir;
1.14.    ÜZVün Mil hesabı – PROQRAM çərçivəsində toplanmış və istifadə edilmiş millərə dair məlumatın sistemləşdirilməsi üçün OPERATOR tərəfindən təqdim edilən texniki hesab. Mil hesabı bank hesabı deyildir;
1.15.    Transfer millər – PROQRAMa ÜZVləri cəlb etmək və müştəri məmnuniyyətini artırmaq məqsədi ilə PARTNYORun mil hesabından ÜZVün Mil hesabına köçürülən Millər;
1.16.    KUPON –  ÜZVün topladığı millər qarşılığında AZALCLUB tətbiqindən əldə edə biləcəyi və PARTNYORun xidmət və ya məhsulunu əldə etməsini təmin edən elektron kod/ barkod;
1.17.    ƏSAS KAMPANİYA – ÜZVlərin millər qazanması əmsallarını müəyyən edən kampaniyadır.
1.18.    XÜSUSİ KAMPANİYA - Xüsusi kampaniyalar Əsas kampaniyadan fərqli olaraq müəyyən dövr  və məhsul üçün ÜZVlərin millər qazanması əmsallarını müəyyən edən kampaniyadır.
1.19.    CİHAZ(LAR) - AZALCLUB tərəfindən verilmiş və ya PARTNYORa məxsus olan POS cihazı, Android sistemi ilə təmin olunmuş cihazlar və s. AZALCLUB tətbiqini dəstəkləyən digər avadanlıqlar;
1.20.    ANKET - PARTNYORda edilən alış-verişə əsasən prosesin sonunda ÜZVün almış olduğu məhsul, mal və ya xidmət dəyərləndirməsi üçün AZALCLUB və ya PARTNYOR tərəfindən hazırlanmış olan suallar;
1.21.    MİL PAKETİ - AZALCLUB tərəfindən PARTNYORa təqdim edilən mil paketi;
1.22.    VEB SAYT - PARTNYORlar, QAYDALAR, mil qazanılması, mil xərclənməsi , millərlə ALIŞ-VERİŞ edilməsi və bütün kampaniyalar ilə əlaqədar məlumatların təqdim edildiyi AZALCLUBa məxsus olan www.azalclub.az internet ünvanı; 
1.23.    QƏBZ - Alış-veriş əməliyyatı tamamlandıqdan sonra ÜZVə göndərilən, əməliyyatın məlumatlarını əks etdirən elektron sənəddir. Qəbz ÜZVə millərin qazandırılmasının əsasıdır. Milin yüklənməsi ilə bağlı iddialar qəbzə əsasən araşdırılır.
1.24.    OTP kod – Hər hansı bir təsdiqetmə əməliyyatı zamanı ÜZVə SMS vasitəsi ilə göndərilən 4 (dörd) rəqəmli təsdiq şifrəsidir. Həmin şifrənin üçüncü şəxsə ötürülməsi qadağandır.
1.25.    AZALCLUB KARTLARI - AZALCLUB tərəfindən veriləcək bütün virtual və ya plastik kartlar;

2.    ÜZVLÜK ŞƏRTLƏRİ
2.1.    Burada, ÜZV AZALCLUBa üzv olmaqla razılaşır, bildirir və qəbul edir ki, o, PROQRAM QAYDALARInı tam şəkildə oxuyub, anlayıb, bütün şərtləri təsdiq edib və AZALCLUB üzvlüyünə, bu üzvlükdə veriləcək xidmətlərə dair elan ediləcək qaydalara uyğun hərəkət edəcəkdir. 
2.2.    ÜZV PROQRAM QAYDALARInın OPERATOR tərəfindən öncədən bildirilməklə dəyişdirilə biləcəyini qəbul edir. ÜZV bu dəyişiklikləri qəbul etməkdən imtina etdiyi təqdirdə, o, OPERATORa üzvlüyə birtərəfli xitam verilməsi barədə bildiriş göndərməklə üzvlüyünü ləğv edə bilər. ÜZVün bildiriş göndərməməsi edilən dəyişiklikləri qəbul etməsi deməkdir.
2.3.    ÜZV olmaq istəyən şəxs OPERATOR və PARTNYORlar tərəfindən təklif olunan imkanlardan faydalanmaq üçün AZALCLUB tətbiqini yükləməli və OPERATOR tərəfindən ona göndəriləcək bütün kodları və şifrələri daxil etməlidir. Bütün prosedurları əskiksiz və doğru şəkildə tamamlamaq üçün, ÜZV olan şəxs, tətbiq ilə smart (ağıllı) cihazların simsiz və/və ya mobil internet və/və ya SMS kommunikasiyasını açıq saxlamalı, eyni zamanda məkantəyinetmə xidmətlərini aktiv etməlidir. Əlavə olaraq cihazların kamerası  QR və/və ya barkodları skan edib mil qazanmaq üçün işlək vəziyyətdə olmalıdır. AZALCLUB, ÜZVün yuxarıda göstərilən şərtlərdəki və ya digər problemlər səbəbindən mil qazanmaması və digər bütün KAMPANİYAlardan yararlanmaması halında heç bir məsuliyyət daşımır və ÜZV bu cür səbəblərə görə heç bir iddia tələbi irəli sürə bilməz. 
2.4.    ÜZV, AZALCLUB tərəfindən təqdim olunan xidmətləri istifadə etdiyi zaman üzvlük üçün lazımi şəxsi məlumatları, alış-veriş, veb sayt/mobil tətbiqi istifadə etdiyi zaman əldə edilən məkan təyinetmə məlumatları, iştirak etdiyi sorğular və kampaniya məlumatları ÜZVə xüsusi məzmun, kampaniya, maddi və mənəvi mənfəətlərin təyin olunması üçün AZALCLUB tərəfindən istifadə olunur. ÜZVün, PARTNYORların təqdim etdiyi üstünlüklər haqqında məlumatlandırılması üçün alış-veriş və şəxsi məlumatlarının PARTNYORlar tərəfindən AZALCLUBa göndərilməsi və bu məlumatların AZALCLUB tərəfindən emal olunması zəruridir. ÜZV bu cür məlumatların paylaşılmasını təsdiqlədiyini qəbul və bəyan edir.
2.5.    AZALCLUB TƏTBİQİnin ilkin quraşdırılması zamanı ÜZV tərəfindən qeyd edilən GSM nömrəsi sonradan ləğv edilərsə və ya dəyişdirilərsə, ÜZVün həmin günə qədər əldə etdiyi hüquq və imtiyazları ləğv edilə bilər. ÜZVün, OPERATORa GSM nömrəsindəki hər hansı bir dəyişiklik barədə məlumat verməsi vacibdir. OPERATOR müvafiq qiymətləndirmə apardıqdan sonra ÜZVün mövcud millərini və digər hüquqlarını yeni GSM nömrəsinə köçürə bilər. Burdakı başlıca məğz, yeni GSM nömrəsi vasitəsilə daha əvvəl AZALCLUBda qeydiyyatdan keçilib-keçilməməsidir. İki fərqli GSM nömrəsinə sahib olan iki üzvülüyün birləşdirilməsi və ya dəyişdirilməsinə icazə verilmir.
2.6.    ÜZV eyni PARTNYORda yalniz bir loyallıq proqramından istifadə edə bilər.

3.     MİLLƏRİN QAZANILMASI 
3.1.    ÜZVlər, AZALCLUB proqramındakı PARTNYORlardan alış-veriş əsasında müəyyən edilən/müəyyənləşdiriləcək şərtlərə əsasən mil qazanacaq.
3.2.    Mil qazanma şərtləri zaman, məhsul və satış nöqtəsindən asılı olaraq müvafiq PARTNYOR tərəfindən müəyyən olunacaqdır. 
3.3.    Millərin qazanılması əmsalı, məbləği, şərtləri və müddəti OPERATORun təsdiqi ilə müvafiq PARTNYORlar tərəfindən müəyyən edilir. Müxtəlif əməliyyatlardan fərqli miqdarda mil qazanıla bilər. Lakin hər hansı bir mil qazandırmayan əməliyyatlar da ola bilər. 
3.4.    ÜZVlər arasında mil qazanma kart növündən asılı olaraq fərqli ola bilər. Məsələn, ÜZV “X” bir PARTNYORda 3 AZN xərcləməklə 1 mil qazandığı halda, ÜZY “Y” bir PARTNYORda 3 AZN xərcləməklə 3 mil qazana bilər. PARTNYORlardan qazanılan millər sabit ola bilər; lakin bəzi millər müvafiq xərcləmənin ayından, həftəsindən, günündən, hətta saatından asılı olaraq dəyişə bilər. Eyni şəkildə, əməliyyatdan əldə ediləcək mil miqdarı alış-verişin məkanı və alınan məhsullar daxil olmaqla dəyişə bilər
3.5.    PARTNYOR həm müəyyən bir müddət ərzində, həm də PROQRAMda iştirakının bütün müddəti ərzində ÜZVün qazana biləcəyi milin yuxarı həddinə limit qoymaq hüququna malikdir. Limitlərlə bağlı məlumat kampaniyanın qaydalar və şərtlər bölməsində əks olunur. Toplanmış millərin sayı müəyyən edilmiş limitə çatarsa, qeyd olunan dövr üzrə ÜZV həmin PARTNYORdan mil qazanmaya bilər.

4.    ALIŞ-VERİŞdən millər qazanmaq qaydası 
4.1.    ÜZVlər ilk növbədə www.azalclub.az saytı və ya mobil tətbiqdə aktiv olan  PARTNYORlar ilə tanış olurlar.
4.2.    ÜZV alış-verişdən əvvəl, PARTNYORun aktiv MİL PAKETİnə sahib olub-olmadığını dəqiqləşdirməlidir. PARTNYORun aktiv MİL PAKETİ olmadığı təqdirdə AZALCLUB heç bir şəkildə ÜZVə mil qazanma zəmanəti vermir.
4.3.    ÜZV, üzvlüyünü PARTNYORa bildirməli və cihazın aktiv olaraq işləməsini dəqiqləşdirməlidir.
4.4.    Ödənişin tamamlanmasından əvvəl ÜZV AZALCLUB tətbiqi ilə yaradılan kodu və ya QR kodu PARTNYORa təqdim etməlidir. Əməliyyat zamanı ÜZVün mobil cihazı aktiv deyilsə, ÜZV PARTNYORa mobil nömrəsini təqdim etməlidir və SMS vasitəsilə göndərilən OTP kodu 24 (iyirmi dörd) saat ərzində AZALCLUB tətbiqinə daxil etməlidir.
4.5.    Bu əməliyyatı həyata keçirmək üçün AZALCLUB TƏTBİQİndə kameraya keçidə icazə verilməlidir. 
4.6.    ÜZV gün ərzində QR kodunu skan edərək xərclərini qeydiyyatdan keçirə bilər. ÜZV mil əməliyyatı başa çatana qədər ÜZVə göndərilən elektron qəbzi saxlamalıdır.
4.7.    ALIŞ-VERİŞ zamanı mil(lər)in köçürülməsi mümkün olmadıqda ÜZV ALIŞ-VERİŞ tamamlandıqdan sonra 72 saat ərzində milin köçürülməsi üçün kassa çeki və fiskal çeki AZALCLUBa təqdim etməlidir.
4.8.    OPERATOR PROQRAM çərçivəsində satın alınan mallara görə heç bir məsuliyyət daşımır. ÜZV və PARTNYOR arasında yaranan istənilən fikir ayrılığı onlar tərəfindən müstəqil şəkildə tənzimlənir.

5.    TOPLANMIŞ MİLLƏRLƏ VEB SAYTDAN MƏHSUL ƏLDƏ EDİLMƏSİ
5.1.    ÜZV topladığı millərlə VEB SAYTdan məhsul əldə edə bilər. Bunun üçün ÜZV VEB SAYTa daxil olaraq istədiyi məhsulu seçməli, daha sonra isə ödənişin tamamlanması üçün AZALCLUB TƏTBİQində yaradılan kodu və ya mobil nömrəsini qeyd edərək  SMS vasitəsilə göndərilən OTP kodu VEB SAYTa daxil etməlidir.
5.2.    VEB SAYTdan millərlə alınan məhsul qarşılığında ÜZVün ödəyəcəyi mil miqdarı təyin olunmuş əmsal əsasında hesablanır.
5.3.    VEB SAYTda ALIŞ-VERİŞ zamanı ÜZVün hesabından silinən millər geri qaytarılmır.
5.4.    ÜZV ödənişi mobil nömrə vasitəsilə etdikdə elektron qəbz SMS vasitəsilə ÜZVün mobil nömrəsinə göndərilir.
5.5.    ÜZV VEB SAYTdan məhsul əldə zaman cihazının və internet bağlantısının saz olduğuna, əməliyyatı sona qədər yekunlaşdırmasından əmin olmalıdır. ÜZV tərəfindən qaynaqlanan səbəblərdən dolayı yaşanacaq mil itkisinə görə AZALCLUB məsuliyyət daşımır və bu halda ÜZV heç bir mil iddiası irəli sürə bilməz.

6.    AZALCLUB TƏTBİQİNDƏ KUPON ƏLDƏ EDİLMƏSİ
6.1.    ÜZV AZALCLUB tətbiqində PARTNYORların kupon əldə etmək şansı verən kampaniyalarına daxil olaraq KUPON əldə edə bilər.
6.2.    KUPON qarşılığında ÜZVün balansından razılaşdırılmış əmsala uyğun olaraq millər silinir.
6.3.    ÜZV AZALCLUB və ya PARTNYORun təyin etdiyi kampaniya şərtlərinə uyğun olaraq bir və ya bir neçə kupon əldə edə bilər.
6.4.    KUPONları əldə etmək üçün yaradılmış kampaniyanın Qaydalar və şərtlər bölməsində göstərilmiş şərtləri bu kampaniya çərçivəsində verilən kuponlara birmənalı olaraq şamil olunur.
6.5.    KUPONlar zaman və/və ya  say məhdudiyyətli ola bilər.
6.6.    ÜZV KUPON qarşılığında mal və ya xidməti əldə etməsi üçün KUPONdakı kodu/barkodu PARTNYORa təqdim etməlidir.
6.7.    KUPONlara, həmçinin, kuponlarla PARTNYORlardan əldə edilmiş xidmət və ya məhsula görə silinmiş millər geri qaytarılmır. 
6.8.    ÜZV KUPONlar vasitəsilə aldığı qüsurlu mal və ya xidmətləri dəyişdirmək istədikdə, PARTNYOR həmin mal və ya xidmətləri eyni çeşiddə və keyfiyyətdə olan mal və ya xidmətlərlə əvəz edir.

7.    TOPLANMIŞ MİLLƏRİN AZAL MİLES KARTINA KÖÇÜRÜLMƏSİ
7.1.    ÜZV AZALCLUB tətbiqində mövcud AZAL MİLES kartını əlavə etməklə topladığı milləri AZAL MİLES kartına köçürə bilər.
7.2.    AZALCLUB kartından AZAL MİLES kartına köçürülmüş millərin geri qaytarılması mümkün deyil.
7.3.    AZALCLUB kartından AZAL MİLES kartına millərin köçürülməsi razılaşdırılmış əmsal əsasında həyata keçirilir.
7.4.    AZALCLUB kartından AZAL MİLES kartına millərin köçürülməsi əməliyyatının tamamlanması 00:00-dan sonra həyata keçirilir.

8.    TOPLANMIŞ MİLLƏRLƏ AVİABİLET ALIŞI
8.1.    ÜZV ad, soyad, doğum tarixi, pasport nömrəsi, pasportun etibarlılıq tarixi və s. kimi şəxsi məlumatları və uçuş məlumatlarını daxil etməklə AZALCLUB tətbiqindən aviabilet əldə edə bilər.
8.2.    ÜZV aviabilet əldə etmək üçün daxil etdiyi şəxsi məlumatlarının və uçuş məlumatlarının uçuş biletinin təmin olunması üçün Azərbaycan Hava Yolları QSC və 3-cü tərəf xidmət təminatçıları ilə paylaşılmasına razı olduğunu bildirir.
8.3.    ÜZV AZALCLUB tətbiqində yalnız Azərbaycan Hava Yolları QSC tərəfindən təqdim edilən aviabiletləri əldə edə bilər.
8.4.    AZALCLUB tətbiqində millərlə əldə edilmiş biletlərin qaytarılması mümkün deyildir.
8.5.    ÜZV tərəfindən yanlış məlumat daxil edilərək əldə edilmiş bilet məlumatlarının dəyişdirilməsi və ya biletin geri qaytarılması mümkün deyildir.
8.6.    Aviabilet alışı zamanı ÜZVün mil balansından silinəcək mil miqdarı təyin olunmuş əmsal əsasında hesablanır.
8.7.    Aviabilet alışı zamanı ÜZVün balansından silinəcək millər geri qaytarılmır.
8.8.    ÜZV aviabilet alışı zamanı cihazının və internet bağlantısının saz olduğuna, əməliyyatı sona qədər yekunlaşdırmasından əmin olmalıdır. ÜZV tərəfindən qaynaqlanan səbəblərdən dolayı yaşanacaq mil itkisinə görə AZALCLUB məsuliyyət daşımır və bu halda ÜZV heç bir mil iddiası irəli sürə bilməz.
8.9.    Aviabilet qarşılığında ÜZVün mil balansından silinəcək mil miqdarı üzvlük növünə, zamana görə anlıq dəyişə bilər.
8.10.    AZALCLUB tətbiqi vasitəsilə ÜZVün yalnız özü üçün aviabilet əldə etməsi mümkündür.

9.    MİLLƏRİN ETİBARLILIQ MÜDDƏTİ
9.1.    Millərinin etibarlıq müddəti 3 (üç) təqvim ilidir. MİSAL: ÜZV 2021-ci ilin sentyabr ayından etibarən Millər qazanmağa başlamışdırsa, bu Millərin etibarlıq müddəti 31.12.2023-cu ildə başa çatacaqdır.
9.2.    Müqavilənin 9.1. bəndində müəyyən edilmiş son istifadə müddətinə qədər istifadə olunmayan millər ÜZVün hesabından silinəcək.

10.    MİLLƏRİN GERİ QAYTARILMASI
10.1.    Millərin ÜZVün hesabına köçürülməsi müddəti PARTNYOR ilə razılaşdırılır. 
10.2.    PARTNYOR millərin 14 gün sonra aktiv olmasını seçdikdə, ÜZVlərin topladığı millər 14 gün sonra hesablarında aktiv olunur. 
10.3.    ÜZVün mil qazanmasına səbəb olan hər hansı prosesi sonradan ləğv etməsi və ya bu proseslərin hər hansı bir səbəbdən ləğv edilməsi halında, bu proses əsasında qazanılan millər də ÜZVün hesabından ləğv ediləcəkdir. 
10.4.    Xüsusi kampaniyalar zamanı edilmiş əməliyyat üzrə geri qaytarılan millər bu kampaniya zamanı qüvvədə olan milin nominal dəyəri əsasında hesablanacaq.

11.     MİLLƏRİN LƏĞVİ:
11.1.    Millər etibarlılıq müddətinin bitməsi ilə yanaşı, aşağıdakı səbəblərə görə də ləğv edilir. Aşağıdakı hallardan biri və ya bir neçəsi baş verdiyi təqdirdə ÜZVün milləri etibarsız hesab olunur və istifadə edilə bilməz. Bu zaman ÜZV OPERATORdan mil tələb edə bilməz.
a)    Millər qazandıran əməliyyatın ləğvi:
•    Mil qazandıran satış əməliyyatının ləğvi;
•    PARTNYOR tərəfindən tamamlanmış köçürmə əməliyyatının ləğvi.
b)    Qeyri-ədalətli üsullarla qazanılmış Millərin ləğvi (ümumi və xüsusi şəraitə uyğun olmayan və ya yaxşı niyyət prinsiplərinə əsaslanmayan yollarla);
c)    AZALCLUB tətbiqinə başlayarkən ÜZV tərəfindən verilmiş GSM nömrəsinin ləğv edilməsi; 
d)    ÜZVün vəfatı;
e)    OPERATOR tərəfindən ÜZVün şəxsi məlumatlarından istifadə edilə bilməməsi, əlaqə yaradıla bilməməsi və ya şəxsi məlumatlarının sistemdən silinməsi üçün ÜZVün müraciət etdiyi zaman;
f)    ÜZV və ya OPERATOR tərəfindən hər hansı səbəbdən və ya istənilən vaxt PROQRAM QAYDALARIna xitam verilməsi.
11.2.    MİL qazanma və bu millərlə aviabilet alışı zamanı hər hansı bir şübhəli hal müşahidə edilərsə, OPERATOR ÜZVün millərini sıfıra endirmək  və onun üzvlüyünü dondurma və ya ləğv etmə hüququna malikdir. Bu cür hallarda, OPERATOR ÜZV barəsində bütün hüquqi proseduralara müraciət edə bilər və ÜZV bütün mümkün zərərlərə görə məsuliyyət daşıyacaqdır. Bundan əlavə, ÜZV üzvlük zamanı qazandığı MİLlərdən, üzvlük statusundan və s. kimi bütün hüquqlarından məhrum ediləcəkdir.


12.    MƏLUMAT PAYLAŞIMI
PROQRAM QAYDALARInı, Məxfilik və Fərdi Məlumatların Qorunması Siyasətini qəbul etməklə, PROQRAM çərçivəsində tərəfinizə müxtəlif  üstünlüklər təqdim edilməsi və sizə özəl reklam, satış, marketinq, anket, rezervasiya imtiyazı və oxşar məqsədlər üçün hər cür elektron ünsiyyətin həyata keçirilməsi və digər ünsiyyət mesajlarının göndərilməsi məqsədilə, öz iradənizlə paylaşdığınız fərdi məlumatlarınızın  toplanmasına, saxlanmasına, istifadə edilməsinə və ötürülməsinə razılıq vermisiz. Fərdi məlumatlarınız OPERATOR, OPERATORun müqavilə münasibətlərində olduğumuz ölkədaxili və ölkəxarici  üçüncü tərəflərlə paylaşılacaqdır.

13.    QAYDALARDA OLAN DƏYİŞİKLİKLƏR VƏ ONLARIN LƏĞVİ
13.1.    OPERATOR AZALCLUB proqramına tətbiq olunan qaydaları (bu şərtlərin və ya qaydaların hamısı və ya bir hissəsi daxil olmaqla) istənilən vaxt tam və ya qismən dəyişə bilər. Şərtlərə və qaydalara edilən dəyişikliklər AZALCLUB vebsaytında/AZALCLUB TƏTBİQİndə bütün ÜZVlərə bildirilir. ÜZVlər tərəfindən PROQRAMın istifadəsinə davam edilməsi mövcud şərt və qaydaların qəbulu kimi hesab ediləcəkdir.
13.2.    OPERATOR bu şərtlər və qaydalarda bildirilən siyasət və prosedurları şərh etmək və tədbiq etmək hüququnu özündə saxlayır. Dəyişiklik edilmiş şərtlər və qaydalar AZALCLUB tətbiqi ilə əlaqədar daha əvvəl yayımlanan bütün şərt və qaydaları əvəz edir.
13.3.    ÜZVlər istənilən vaxt AZALCLUB tətbiqini tərk edə bilərlər. OPERATOR istənilən vaxt PROQRAM QAYDALARInı ləğv edə bilər və əsaslandırmaq məcburiyyətində deyil. 
13.4.    OPERATOR aşağıda göstərilən hallardan hər hansı birinin baş verdiyi zaman üzvlüyü dayandırmaq hüququnu özündə saxlayır və ÜZVün ləğv olunmuş millərinə görə heç bir məsuliyyət daşımır:
13.4.1.    ÜZV AZALCLUB proqramının ümumi üzvlük şərtlərinə hər hansı birinə və ya AZALCLUBun ümumi qaydalarına zidd olduqda; 
13.4.2.    ÜZVlər əhəmiyyətli dərəcədə saxta məlumatlar verdikdə;
13.4.3.    ÜZV OPERATORun işçilərini gərginləşdirdiyi, sözlə və ya fiziki olaraq təzyiq göstərdiyi hallarda.
13.5.    AZALCLUB tətbiqinin dayandırılması və ya dəyişdirilməsindən, həmçinin PROQRAMa uyğun olaraq ÜZVlərə təqdim edilən xidmətlərdən yaranan birbaşa və ya dolayı yolla istənilən itki, ziyan üçün OPERATOR məsuliyyət daşımır.

14.    FORS-MAJOR HALLARI
14.1.    PROQRAMın icrasına fors-major hallar təsir göstərərsə, OPERATOR  bu Qaydalarla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsinə görə məsuliyyət daşımır. Fors-major hallara AZALCLUB tərəfindən nəzarət edilməyən, qəsdən və ya ehtiyatsızlığı nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. 

15.    PROQRAM QAYDALARININ MÜDDƏTİ 
15.1.    Bu PROQRAM QAYDALARI qeyri-müəyyən müddətdə qüvvədədir və nəzərdə tutulan xitam şərtlərinə əsasən xitam verilməsinə qədər qüvvədə qalır.
15.2.    ÜZV OPERATORa heç bir əsas göstərmədən və heç bir öhdəliyi olmadan bu Qaydalardan istənilən zaman imtina edə bilər.

16.    MÜBAHİSƏLƏRİN HƏLLİ
16.1.    Bu PROQRAM QAYDALARIna əsasən Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma ilə həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının Məhkəmələri tərəfindən həll ediləcəkdir.
16.2.    Bu Qaydalarla tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
16.3.    OPERATOR müvafiq xidmət təminatçıları və PARTNYORların qeydlərini (e-mail qeydləri, eləcə də audio və media qeydləri və s.) bu Qaydalardan qaynaqlanan hər hansı mübahisələrin həllində qəti sübutlar hesab edəcəkdir. 

17.    Əlavə müddəalar
17.1.    ÜZVün hesabına üçüncü şəxs tərəfindən edilən müdaxilələrə görə OPERATOR heç bir məsuliyyət daşımır.
17.2.    Operator AZALCLUB Proqramı üzrə hüquq və vəzifələrini birtərəfli qaydada üçüncü tərəfə ötürmək hüququna malikdir. Bu halda ÜZV üçüncü tərəflə davam edəcəyini qəbul edir və razılaşır.
17.3.    Təkmilləşdirmə işlərinin əsasən gecə saatlarında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin bəzi texniki məsələləri OPERATOR ÜZVə məlumat vermədən günorta saatlarında da apara bilər. ÜZVün mil qazanma əməliyyatı sistemin təkmilləşdirilməsi ilə əlaqədar olaraq tamamlanmamışdırsa ÜZVün sorğusuna əsasən bərpa edilə bilər.
17.4.    OPERATOR alış-verişə görə qazanmalı olduğu, lakin texniki cəhətdən və / və ya PARTNYORlardan irəli gələn səbəblərdən ÜZVün hesabına qeydə alınmayan millərlə bağlı heç bir məsuliyyət daşımır. Bununla yanaşı, OPERATOR ÜZVün hesabında milləri qeyd etməyə maksimum səy göstərməlidir.
17.5.    OPERATOR, ÜZVə PARTNYORlarda mil qazanılmasına heç bir zəmanət vermir. ÜZV ödəniş etməzdən əvvəl sözügedən proseslə əlaqədar qazanacağı mili dəqiqləşdirmək məcburiyyətindədir. Ödəniş və ya proses tamamlandıqdan sonra ÜZV mil qazanmamaq və ya gözləniləndən daha az mil qazanılmasına görə OPERATORu məsul tuta bilməz.
17.6.    ÜZV istənilən vaxt support@azalclub.az elektron poçt ünvanına və ya Müştəri Xidmətləri Mərkəzinə müraciət edə bilər.